Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Davudoğlu kükrədi: “Xocalının hesabını versinlər”

Davudoğlu kükrədi: “Xocalının hesabını versinlər”

“Başımızı verərik, amma baş əymərik”

“Biz hər zaman arxivlərimizi açmağa hazır olduğumuzu demişik. Kim bizimlə danışmaq istəyirsə, buyursun. Çanaqqalada olduğu kimi, biz başımızı verərik, amma baş əymərik”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Ərzurumdakı mitinqdə çıxışı zamanı deyib.
Türkiyənin baş naziri Türkiyənin əleyhinə qərar verən ölkələri  Srebrenitsada,Xocalıda baş vermiş soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırıb: “Türkiyənin əleyhinə qərar verənlər Qafqazda soyqırıma məruz qalaraq Anadoluya köçmək məcburiyyətində qalan abxazlardan, çeçenlərdən, Axıska türklərindən, gürcülərdən danışsınlar. Yaxın tarixdə Srebrenitsa və Xocalıda baş vermiş soyqırımların hesabını versinlər”.

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın