Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / David Kramer Azərbaycana qarşı sanksiyalar haqda

David Kramer Azərbaycana qarşı sanksiyalar haqda

“Siyasi məhbusları azadlığa buraxmamaqla Azərbaycan hökuməti özünün Qərbdəki imicinə zərər vurmaqda davam edir və nə vaxtsa bu kursun fəsadları ilə üzləşməli olacaq”.

Virtualaz.org bildirir ki, bunu Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya üzrə baş direktoru David Kramer” Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışarkən deyib.

“Azərbaycan hökumətinin bir çox siyasi məhbusu azadlığa buraxmaqla düzgün addım atmaq şansı var idi. Ancaq o, bu imkanı qaçırdı. Bunun əvəzində siyasi məhbusların azad olunmaması ilə yanaşı başqa bir jurnalist (Rauf Mirqədirov-red.) 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu gedişlə təəssüf ki, vəziyyət daha da pisə doğru gedir”, – deyə D.Kramer vurğulayıb. ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların qəbulu şanslarından danışarkən D. Kramer deyib ki, siyasi məhbusların azadlığa buraxılmaması “çox guman ki, Konqresdə bu qanun layihəsinə dəstək qazandıracaq”. David Kramer bildirib ki, diplomatiya, ictimai siyasət gözlənilən nəticəni verməyib və bu halda sanksiyalara əl atmaqdan başqa yol qalmır.

“Maqnitski qanunu”nda nəzərdə tutulan sanksiyalara gəlincə, D.Kramer bildirib ki, o, 2012-ci ildə “Sergey Maqnitski qanunu”nun qəbulunda iştirak edib: “Bu qanun layihəsi ilk dəfə 2010-cu ildə müzakirəyə qoyulub və Obama administrasiyasındakı fikir ayrılıqlarını aradan qaldıraraq yetərli dəstəyin əldə edilməsi 2.5 il vaxt alıb. “Maqnitski qanunu” 2012-ci ilin sonunda qəbul olundu. Mən deyərdim ki, biz indi Azərbaycan Demokratiya Aktı üçün 2010-cu ilin vəziyyətindəyik”.

Kramerin sözlərinə görə, əgər siyasi məhbuslar azadlığa buraxılsa, o zaman Smitin qanun layihəsi kənara atılacaq: “Hər şey bu qədər sadədir”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın