Ana səhifə / Sosial / Daşqın Şikarov “İlin Səfiri” seçildi – FOTO

Daşqın Şikarov “İlin Səfiri” seçildi – FOTO

Azərbaycan-Slavyan Gəncəri Assosiasiyası və Diaspor.az – Azərbaycan Disporu İnfromasiya Mərkəzi növbəti 2016-cı il üçün “İLİN SƏFİRİ” sorğusuna yekun vurub. 
Fanat.Az xəbər verir ki, budəfəki sorğunun qalibi Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov olub.
Məlumat üçün qeyd edək ki, Daşqın Məzi oğlu Şikarov 12 yanvar 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan öncə isə D.Şikarov ölkəmizin Pakistandakı rəsmi diplomatik nümayəndəsi kimi məhsuldar fəaliyyət göstərib. Diplomatiya sahəsində fəaliyyət göstərdiyi illərdə Daşqın Şikarov öz sahəsinin peşəkarı olmaqla yanaşı, ölkəmiz haqqında daha dolğun və obyektiv məlumatların yayılmasında fəal iştirak edib.  Eyni zamanda, D.Şikarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda ölkəmizin haqlı mövqeyinin səfir olduğu ölkələrdə təbliğatında müstəsna xidmətləri olub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan-Slavyan Gəncəri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək sorğuda səfirin ümumi diplomatik fəaliyyəti, innovativ sosial-media imkanlarından istifadə, həyata keçirilən layihələrin miqyası və digər kriteriyaların əsas olaraq götürüldüyünü qeyd edib.
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov isə öz növbəsində göstərilən diqqət və qayğıdan dolayı sorğunun təşkilatçılarına təşəkkür edib, bundan sonra da ölkəmizi BƏƏ-də ən yüksək səviyyədə təmsil edəcəyini deyib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın