Çərşənbə , İyul 28 2021
Ana səhifə / Sosial / Daşkəsənə güclü qar yağıb

Daşkəsənə güclü qar yağıb

Daşkəsənə gözlənilmədən güclü qar yağıb.

Uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

Qarın kəndlərarası yollarda, o cümlədən yen inşa olunan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil xəttində hərəkətə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.

Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün yerli yol idarəsi tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.

Rayonun yol istismarı strukturları işlərini qarşıdakı günlər üçün havaproqnozlarını nəzərə almaqla quracaq. (APA)

Həmçinin oxuyun

Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

“Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son …