Ana səhifə / Sosial / Daş karxanalarında təhlükəli vəziyyət

Daş karxanalarında təhlükəli vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosferdə tozun miqdarını müəyyən etmək üçün Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Qaradağ” səhimdar cəmiyyətinə aid olan 11 daş karxanada monitorinq keçirilib.

Bunu departamentin direktor müavini Anar Tağıyev deyib. Onun sözlərinə görə, monitorinqlər zamanı müəyyən edilib ki, karxanaların bəzi ərazilərində tozun miqdarı 10-15, bəzi ərazilərdə isə 25-30 dəfə yüksək olduğu müəyyən edilib.

“Karxana sahibləri ilə mövcud vəziyyətlə bağlı söhbətlərimiz oldu. Rəy və təkliflərimizi verdik. Orada işləyən fəhlələr maska geyinmir, xüsusi maskadan istifadə etmirlər. Dəzgahlar 60-ci illərdən qalıb. Sahibkarlar verilən tövsiyyələrə əməl etməsələr, qanunvericiliyə uyğun addımlar atılacaq”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …