Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Daha bir tanınmış qadın deputat olmaq istəyir

Daha bir tanınmış qadın deputat olmaq istəyir

Tanınmış hüquqşünas Xalisə Şahverdi Azərbaycanın Milli Məclisinə 5-ci çağırış seçkilərində namizədliyini irəli sürəcək.

Qafqazinfo” xəbər verir ki, hüquqşünas bu barədə özü məlumat yayıb:

“Uşaqlıqda çox sual verən biri olmuşam. Məsələn, böyük bacım ağlayarkən, onu kimin ağlatdığını axtarmışam. Ədalətsizliyə və haqqsızlığa üsyan etmişəm. Hətta qohumlarım indi də “bacını kim döymüşdü” deyə soruşaraq mənimlə zarafat da edirlər. 13 yaşımdaykən müharibə, onun gətirdiyi səfalət və məcburi köçkünlük həyatını yaşadım.

Bu çətinliklər mənimlə eyni taleyi yaşamış hər uşağın uşaqlıq və gənclik dövrünü amansızca uddu. Sağ qalmaq, düşdüyümüz ağır durumdan çıxmaq cəhdlərimiz bizi həyata qarşı daha da dirənişli etdi, təhsili qışda soyuq, yayda qızmar vaqon “məktəblərində” aldıq. Böyüdükcə ədalətsizlik, sosial bərabərsizliklə mübarizə apardım, nəticə olaraq, ictimai fəaliyyətimin təməlində ədalət və humanizm əsas meyar oldu.

Bu meyarlara əsaslanaraq, daha uzun və büdrədən yolda yenə davam etməyə qərar verdim: Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərində 120 sayli Cəbrayil-Qubadli seçki dairəsindən namizədliyimi irəli sürəcəm”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın