Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Daha bir qazi ailəsi dəstəklə təmin edilir

Daha bir qazi ailəsi dəstəklə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Həsənov Nail Hənifə oğlu ilə görüşüb, onun və ailəsinin vəziyyəti ilə maraqlanıblar.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ailə Zaqatalanın Bazar kəndində yaşayır. Nailin həyat yoldaşının istəyinə uyğun olaraq o, növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi və yaxın günlərdə proqram çərçivəsində təsərrüfatı yaradılacaq.

Övladı Hənifəyə ötən ay səhiyyə müəssisəsinin göndərişi əsasında sağlamlıq imkanları məhdudluq və bununla əlaqədar ailəyə aylıq müavinət və təqaüd təyin edilib. Ona reabilitasiya vasitəsi də verilib.

Qazimizin özünün də yaxın günlərdə əlilliyi qiymətləndiriləcək, əlillik dərəcəsi təyin edildiyi halda aylıq təqaüd, həmçinin pensiya və ya müavinətlə təminatı həyata keçiriləcək. Nailin ikinci övladı azyaşlıdır. Ailəyə birdəfəlik yardım verilməsi də təmin olunacaq.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …