Ana səhifə / Sosial / Daha bir nazirlikdə kadr islahatı – Şöbə rəisi və üç vəzifəli şəxs işdən çıxarıldı

Daha bir nazirlikdə kadr islahatı – Şöbə rəisi və üç vəzifəli şəxs işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb.

Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar./Oxu.az/

Həmçinin oxuyun

Azərbaycanda yoluxma kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq …