Çərşənbə , İyun 29 2022
Ana səhifə / Sosial / Daha bir nənə xəstə nəvəsini diləndirirərkən yaxalandı

Daha bir nənə xəstə nəvəsini diləndirirərkən yaxalandı

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.
Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, uşağa Serebral iflicl diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.

Həmçinin oxuyun

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişdi

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları …