Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Daha bir müsəlman ölkəsi ermənistana dəstək verir…

Daha bir müsəlman ölkəsi ermənistana dəstək verir…

Təəssüf ki, özlərini müsəlman ölkələri adlandıran bir sıra dövlətlər din qardaşları olan Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana hələ də dəstək olmaqda və humanitar kömək adı ilə yardım etməkdə davam edirlər. Belə haqsızlığa yol verən ölkələrdən biri də Küveytdir.
Küveytin KUNA xəbər agentliyinin yaydığı məlumata görə, bu ölkənin Ermənistandakı səfiri Bəssam Məhəmməd əl-Qəbəndi Ermənistanın Mühacirət İşləri naziri xanım Haranuş Akopyana 100 min ABŞ dolları həcmində ianə bağışlayıb. İanə ölkədəki Suriyadan olan erməni qaçqınların təlim-tərbiyə ehtiyaclarının təmin edilməsi üçün verilib. Səfirliyin bəyanatında deyilir ki, bu yardım küveytli siyasi xadimlərin, başda cənab Əmir Şeyx Sabah Əhməd Cabir Sabahın birbaşa təlimatı ilə Beynəlxalq İslam Xeyriyyə Təşkilatı tərəfindən verilib.
Məlumatda o da qeyd olunur ki, bu, Küveyt dövləti və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının işğalçı Ermənistana etdiyi ikinci yardımdır. İlk yardım 2013-cü ildə göstərilib. İki dəfə ayrılan ianənin ümumi miqdarı 200 min dollar məbləğində olub. Bu yardımların ölkədəki erməni əsilli suriyalı qaçqınların qida və tibbi ehtiyaclarını ödəmək, onları gündəlik lazım olan şeylərlə təmin etmək, təhsil almasına şərait yaratmağa yönəldiyi iddia edilir. Hətta Küveytin bu “qayğı”sının nəticəsi olaraq Ermənistandakı suriyalı qaçqınların oxuyacağı dərs otağına Küveyt dövlətinin adı verilib.
Küveyt Xəbər Agentliyinin verdiyi məlumata görə, səfir belə nümunəvi dərs otağının açılmasının suriyalı qaçqınlara kömək edilməsi ilə əlaqədar ölkə əmiri Cənab Şeyx Sabah Əhməd Cabirin verdiyi təlimatın səmərəsi olduğunu bildirib.
Ermənistanın Mühacirət İşləri naziri xanım Haranuş Akopyan isə ölkəsində suriyalı erməni əsilli qaçqınların sayının 8 minə çatdığını və onların məişət ehtiyaclarının təmin edilməsi üçün maliyyə vəsaitinə ehtiyac olduğunu deyərək, Küveyt dövlətini daha çox kömək etməyə çağırıb.
Bundan başqa Küveyt və Ermənistanın rəsmi xəbərlər və internet saytlarında bu ərəb ölkəsinin işğalçı ölkəyə 1,5 milyon ABŞ dolları məbləğində yardım etdiyi barədə xəbərlər də yer alıb.
Xəbərdə bildirilir ki, 2016-cı ilin avqust ayında Ermənistanın Sosial Təminat naziri Ardem Asaturyanla Küveytin İrəvandakı səfiri Bəssam əl-Qəbəndi arasında saziş imzalıb. İmzalanmış sazişə əsasən Küveyt Ermənistana qocalar evi, ahıllar üçün reabilitasiya və sağlamlıq mərkəzlərinin təşkil olunması məqsədi ilə 1,5 milyon ABŞ dolları məbləğində vəsait ayırmalıdır.

Azinforum.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın