Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Daha bir məmur işdən çıxarıldı

Daha bir məmur işdən çıxarıldı

Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.
Azinforum.az xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxarılmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.
Məlumatı dəqiləşdirmək üçün Rahim Mustafayevlə əlaqə saxlanılıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və  öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.
2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …