Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Daha bir körpü İsmayıllıda uçdu – VİDEO

Daha bir körpü İsmayıllıda uçdu – VİDEO

İsmayıllıda uçan körpü Qalacıq kəndini şəhərdən təcrid edib.

Rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib.

Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub.

1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb.

Etibar Əliyev, Bakı sakini: “Bakı şəhərindən bura istirahətə gəlmişdim. Burada sel olduğuna görə körpü dağılıb. İndi evə qayıda bilmirik, maşın qalıb bu tərəfində”.

Bəxtiyar Rəhimov, Kənd sakini: “2000-ə yaxın əhali yaşayır burda. Təxminən də o qədər qonaq gəlir. Gələnlərin də, bizim də gediş-gəlişimiz burada problemə çevrilir. İsmayıllıya piyada keçirik. Nə gətiririksə, əlimizdə keçiririk”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən, əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub.

Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …