Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürdü

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürdü

“Hələ seçki kampaniyasına start verilməzdən öncə bəyan etmişdim ki, Azərbaycan parlamentinə üzv olmaq üçün effektiv kampaniya apara biləcəyim bir neçə rayon var. O rayonlarıdan biri də Bakıdadır. İndi daha dəqiq desəm, orta və ali təhsil aldığım məktəblərin yerləşdiyi Yasamal rayonundan seçkiyə qatılmaq mənim üçün əlverişlidir”.

Modern.az saytı xəbər verir ki, bunu “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı parlament seçkisinə qoşulmağından danışarkən bildirib.

O, deyib ki, həm hakim partiyanın, həm də müxalifətin irəli sürdüyü namizədlərlə tanış olduqdan, digər mümkün iddiaçıları da nəzərə aldıqdan, öz resurslarımı təhlil etdikdən sonra bu qərara gəlib ki, Milli Məclis üzvlüyü uğrunda 16 saylı 2-ci Yasamal seçki dairəsində yarışsın.

“Bu seçkilərə qatılmaqda əsas məqsədim Prezident İlham Əliyevin xalqımızın, cəmiyyətimizin və dövlətimizin inkişafı üçün göstərmiş olduğu son dərəcə uğurlu fəaliyyətə kölgə salınmasına imkan verməmək, onun hakimiyyətinin intellektual müdafiəsi üçün çalışmalarımı seçim meydanına daşımaqdır. Ən qısa zamanda iddiaçı kimi qeydə alınmaq üçün zəruri sənədləri müvafiq Dairə Seçki Komissiyasına təqdim edəcəm”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın