Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Daha bir dövlət qurumunun ləğvi gözlənilir… – Hicran Hüseynova yola salınır…

Daha bir dövlət qurumunun ləğvi gözlənilir… – Hicran Hüseynova yola salınır…

DİA.AZ: – Son günlər adı bir çox qalmaqallarda hallanan və konkret bir cinayət əməlində ittiham olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya daha bir zərbə gəlir.

Bu barədə DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, yaxın müddətə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümumiyyətlə ləğvi prosesinə start verilə bilər.

Xatırladaq ki, bu gün Hicran Hüseynovanın vəzifəsində qalıb-qalmayacağı ən çox dartışılan mövzulardan idi. Hər halda inandırıcı görünmürdü ki, adı rüşvət qalmaqalında hallandırılan Hicran Hüseynova görəv başında saxlanılsın.

Amma indi dia.az-a daxil olan informasiyadan anlaşılır ki, Hicra Hüseynovanın özü ilə bağlı yox, rəhbərlik etdiyi qurumla əlaqədar qərar veriləcək.

Mənbə iddia edir ki, qurumun səlahiyyətlərinin səhiyyə və təhsil nazirlikləri arasında bölüşdürülməsi də gözlənilir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın