Cümə , Oktyabr 7 2022
Ana səhifə / Sosial / Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Milli Məclisin daha bir  deputatı  – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.

Belə ki, deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə  yaxın adam olub.

Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən  150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həm  də bəstəkar olan  Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.

Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda  olub.

Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.
Gununsesi.info

Həmçinin oxuyun

Səbuhi Əhmədovun qardaşına 11 min manat təyin olunub – RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin …