Şənbə , Dekabr 4 2021
Ana səhifə / Sosial / Daha bir cərimə müəyyənləşir: 500 manatdan -1500 manatadək…

Daha bir cərimə müəyyənləşir: 500 manatdan -1500 manatadək…

Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.

Bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

Qanun Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Həmçinin oxuyun

Milli Məclisdə 95 minlik təmir işləri

Milli Məclisin inzibati binası təmir olunacaq.  Bununla bağlı “Texnomaks” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin …