Ana səhifə / Sosial / “Daha 7 nazirlik ləğv edilməlidir, 12 nazirlik saxlanılmalıdır” – SİYAHI + Açıqlama

“Daha 7 nazirlik ləğv edilməlidir, 12 nazirlik saxlanılmalıdır” – SİYAHI + Açıqlama

Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyi ləğv edilib və yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bu addımdan sonra ölkədə əksər insanları daha hansı nazirliklərin, dövlət qurumlarının ləğv olunacağı sualı düşündürür.

İqtisadçı ekspert Qubad İbadoğlu mia.az-a açıqlamasında bildirib ki, bu çoxdan gözlənilən qərar idi:

“Bu qərar siyasi hakimiyyətdaxili proseslərin nəticəsi olsa da, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər. Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüdü.

Əslində, Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətlərinin müstəqil fəaliyyət göstərdiyi halda belə bir nazirliyə ehtiyac da yox idi.

Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi.

Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu”.

Qubad İbadoğlu onu da əlavə edib ki, bu addımlar davam etdirilməlidir:

“Belə ki, bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir.

Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər.

Bunlar hansılar ola bilərlər:

1) Müdafiə

2) Daxili İşlər

3) Ədliyyə

4) Xarici İşlər

5) Maliyyə

6) İqtisadiyyat

7) Kənd təsərrüfatı və ərzaq

8) Səhiyyə, Təhsil və Rifah

9) Sənaye, Elm və Texnologiyalar

10) Nəqliyyat və Rabitə 11)

Vergi və rüsumların tənzimlənməsi

12) Əmək Nazirliyi.

Hesab edirəm ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır”.

Mia.az

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın