Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Sosial / Daha 314 nəfər koronavirusa yoluxub

Daha 314 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib. Hazırda 3 148 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 2 627 991 test icra olunub.

Həmçinin oxuyun

Çörək alarkən diqqətli olun – VİDEO

Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç …