Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Sosial / Daha 25 ailə Zabuxa yola salındı – Fotolar

Daha 25 ailə Zabuxa yola salındı – Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən qurulan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə – 103 nəfər köçürülür.
Xatırladaq ki, indiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.

Həmçinin oxuyun

Bakıda nöqsanlar aşkarlanan dönərxanalar – SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində …