Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / Daha 156 yeni yoluxma qeydə alındı, 3 nəfər vəfat etdi

Daha 156 yeni yoluxma qeydə alındı, 3 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 142 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 233 min 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 761 nəfər müalicə olunaraq sağalıb, 3198 nəfər vəfat edib. Aktiv xəstə sayı 2170 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 551 min 116 test aparılıb. Bugünkü test sayı isə 7236-dir.

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …