Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Dağlıq Qarabağın adı dəyişdirilir

Dağlıq Qarabağın adı dəyişdirilir

İşğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən, Dağlıq Qarabağ “Artsax Respublikası” adlanacaq.

“İnterfaks”xəbər verir ki, bunu “Dağlıq Qarabağın milli məclisi”nin sədri Aşot Qulyan bildirib.

“Artıq “Dağlıq Qarabağ Respiblikası”nın (ayırma bizimdir – virtualaz.org) konstitusiyası deyil, Artsax Respublikasının konstitusiyası olacaq. Bu o deməkdir ki, konstitusiyada subyekt dəyişir və uzun illər ərzində danışdığımız həyata keçirilir – biz tarixi, əzəli adımıza qayıdırıq və bu, yeni konstitusiyanın elə ilk bəndində öz əksini tapacaq”, – Qulyan deyib.

Məlumatda o da qeyd olunur ki, “yeni konstitusiya”nın layihəsi separatçıların lideri Bako Saakyanın təsdiqinə təqdim ediləcək.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın