Şənbə , May 25 2024
Ana səhifə / Sosial / Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub – VİDEO

Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Həmçinin oxuyun

Azərbaycanda ən bahalı analizlər: Qiyməti bir neçə min olan da var

Yaz aylarında burun qaşınması, asqırma, gözlərdə sulanma, qaşınma kimi allergik xəstəliklər çoxalır. Bu səbəbdən həmin …