Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Sosial / Dənizdə boğulma hadisələri daha çox hansı səbəbdən olur? – VİDEO

Dənizdə boğulma hadisələri daha çox hansı səbəbdən olur? – VİDEO

Son 30 gündə dənizdə ölümlə üz-üzə qalan 55 nəfər xilas edilib.

Çimərliyə istirahətə yollanan şəxslər arasında hər gün iki nəfər ölümün caynağından son anda xilas olub.

FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu bildirib ki, batma təhlükəsi ilə üz-üzə qalanların xilas edilə bilməsində əsas amil onların nəzarət olunan ərazidə çimməsi olub.

Baş leytenant Fərid İlhamoğlu bildirib ki, ölümlə nəticələnən hadisələrin hamısı nəzarətsiz olan ərazilərdə baş verir. Bu ərazilərin nəzarətsiz qalmasına səbəb isə həmin yerlərdə çimməyin qadağan olmasıdır.

Qeyd edək ki, son 1 ay ərzində dənizdə batanların təqribi sayı 15 nəfərdən çoxdur.

Həmçinin oxuyun

Zığ qəbiristanlığında dəhşətli mənzərə – Video

Əksər insanlar qəbiristanlığın yanından keçəndə vahimələnir. Hər nə qədər ölülərdən təhlükə gözlənilməsə də pisxoloji olaraq …