Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Dəm qazı can almaqda davam edir: nəyi düz etmirik?

Dəm qazı can almaqda davam edir: nəyi düz etmirik?

Azərbaycanda bu il qış ayları sərt soyuq keçməsə də, dəm qazından zəhərlənmə halları yenə də kifayət qədər oldu. Sonuncu zəhərlənmə hadisəsi Tovuzda baş verib. 

Belə ki, rayonun Aşağı Quşçu kəndinin sakini 1971-ci il təvəllüdlü Məmmədova Təranə Qəhrəman qızı yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Musavat.com-a danışan ekspert Nüsrət Qasımov bildirib ki, maarifləndirmə işləri aparılsa da, insanlar buna diqqət etmirlər: “Azərbaycanda dəm qazından zəhərlənmə halları 99 faiz hamam otağında olur. Ona görə də deyim ki, təbii qazla işləyən su qızdırıcılar quraşdırılan vanna otaqlarının həcmi 7.5, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6 kubmetrdən az olmamalıdır. Vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır. Vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0.02 kvadratmetrdən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır. Bundan əlavə qanunu sərtləşdirmək lazımdır. Qaydalara əməl etməyənlər sərt şəkildə cəzalandırılmalıdır. Xüsusilə də rayonlarda və bölgələrdə heç bir qaydaya əməl edilmir, insanlar qazdan məlumatı olmadığı halda özləri sobalarını qurub, qaz xətlərini çəkirlər”.

Ekspert İran sobalarından gələn təhlükələrlə bağlı ictimaiyyətdə yayılan fikirlərə də münasibət bildirib: “Deyirlər ki, İran sobaları zərərlidir, insanları zəhərləyir. Əslində isə məsələ başqadır. İranın istehsal etdiyi soba öz daxili standartlarına uyğundur. Bizim şəbəkənin standartları başqadır. Sobanın sənədlərində də yazılıb ki, işçi təzyiq 178 millimetr olmalıdır ki, qaz normal yansın. Bizim şəbəkədə təzyiq 80-90 milli metrdir. Optimal təzyiq isə 130 millimetrdir. Ona görə də Azərbaycanda bu sobaları alanlar, yanan hissədəki dəlikləri böyüdürlər. Bu zaman isə yanma prosesi pozulur, karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və insanları zəhərləyir. Dəfələrlə demişik ki, gecələr qazı yandırıb, yatmayın. Ancaq xəbərlər yayılır ki, gecə qazı yandırıb yatarkən ailənin üzləri dəm qazından dünyalarını dəyişiblər. Dövlətin müvafiq qurumları gəzməli, harada ki, ölüm təhlükəsi göstərən qaz cihazı varsa, onları yığışdırmalıdırlar. Yalnız bunun vasitəsilə ölümlərin qarşısını almaq olar”. 

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …