Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / “Dəfələrlə Ağstafanın icra başçısının qəbulunda olmuşuq, ancaq…” – Donan uşağın anası

“Dəfələrlə Ağstafanın icra başçısının qəbulunda olmuşuq, ancaq…” – Donan uşağın anası

Xəbər verdiyimiz kimi noyabrın 16-da Ağstafa rayon Vurğun qəsəbəsində altı aylıq körpə, Qasımov Turan Tural oğlu yaşadığı evdə soyuqdan donaraq ölüb.
Moderator.az-a danışan körpənin anası Kəmalə Məmmədova çox imkansız və şəraitsiz evdə yaşadıqları üçün körpəsinin gecə saatlarında donaraq öldüyünü bildirib. K.Məmmədova deyib ki, hadisədən yalnız səhər açılanda xəbər tutublar:
“Uşaq noyabrın 16-da soyuqdan donaraq ölüb. Şəraitimiz yoxdur. Axşam həmişəki kimi uşağın yeməyin verib yatırtdım, amma səhər açılanda gördük ki, uşaq ölüb. İşığımız yoxdur, evi odun sobasıyla isidirik və onu da gecə yandırmırıq. Uşağı ekspertizaya aparmadıq, həyat yoldaşım buna razı olmadı. Heç kəndin həkimləri də gəlib uşağı yoxlamadı”. 
K.Məmmədova həyat yoldaşının xəstə olduğunu və bu cür şəraitsiz bir yerdə yaşamalarıyla bağlı rayon rəhbərliyinə müraciət etdiklərini bildirib:
“Həyat yoldaşım da epilepsiya xəstəsidi, bir dərmanının qiyməti 120 manatdı, heç yerdə də işləmir. Turan dördüncü övladım idi. Bizimlə heç kim maraqlanmır, heç soruşan da yoxdur ki, uşaq niyə öldü? Dəfələrlə şəraitsizliyimizlə bağlı Ağstafa rayon icra hakimiyyətinin başçısının qəbulunda olmuşuq, çox çətin şəraitdə yaşadığımızı demişik, amma cavab o olub ki, nə vaxt imkanımız olacaq onda sizə köməklik olunacaq. Bir neçə il çadırda yaşadıq, şəkillərini İcra Hakimiyyətinə də təqdim etdik. Yaxınların köməkliyi ilə bir göz otaq tikmişik. Başqa heç nəyimiz yoxdur. Sosial yardım istəyirdik və onun da sənədlərini düzəldə bilmədik. İndi də dolanışığımıza kənd sakinləri və qohumlar köməklik edir”.

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …