Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Çürük xurma ilə bağlı Araz marketdən açıqlama: “Bunun səbəbi…”

Çürük xurma ilə bağlı Araz marketdən açıqlama: “Bunun səbəbi…”

Xəbər verdiyimiz kimi, ötən gün müştəri Araz super marketdən aldığı xurmanın kifli, çürümüş olması ilə bağlı şikayət etmişdi.

Məsələ ilə bağlı Araz supermarketlər şəbəkəsi Bakupost.az -a açıqlama verib.

Bildirilib ki, şikayətçinin aldığı məhsulun yararsız olmasının səbəbi qablaşdırma zamanı kiçik də olsa hava keçən hissənin qalmasıdır:

“Biz Araz supermarketlər şəbəkəsi olaraq iri tədarükçülər və yerli fermerlərlə əməkdaşlıq edirik. Mətndə sözü gedən zirzəmi və ya qarajda fəaliyyət göstərən sexlərdən məhsul almaq məsələsindən söhbət belə gedə bilməz. Çünki ekspertlərimiz tərəfindən normativ parametrlərə cavab verməyən heç bir məhsul qəbul üçün təsdiqlənmir. Yalnız qablaşdırma keyfiyyəti, xalis çəkisi, kənar qatqıların miqdarı, zərərvericilərlə çirklənməsi, xarici görünüşü və dadı, lazımi qurumlardan keyfiyyət sertifikatı kimi bir çox standartlara cavab verən məhsullar qəbul olunur. Müştərimizin şikayətçi olduğu məhsul isə “Mədinə xurması” yox, “Xırda xurma” adlanır və çox təlabat görən qidalardan biridir.

Satışda olduğu müddətdə bu məhsul haqqında heç bir şikayət almamışıq. Şikayətçinin aldığı məhsulun yararsız olmasına səbəb isə qablaşdırma zamanı kiçik də olsa hava keçən hissənin qalması olub ki, bu da insan əməyi faktoru olan bütün məqamlarda gözləniləndir. Təəssüf edirik ki, müştərimiz belə bir halla qarşılaşıb. Və yaşanan narahatlıq üçün Araz supermarketlər şəbəkəsi adına müştərimizdən üzr istəyirik”.

Həmçinin oxuyun

Direktorun faciəli ölümdən bir neçə saniyə əvvəl… – FOTO

Xəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü …