Ana səhifə / Sosial / “Çox istərdim ki, Güneydə soydaşlarımızın etirazları milli-azadlıq hərəkatına çevrilsin”

“Çox istərdim ki, Güneydə soydaşlarımızın etirazları milli-azadlıq hərəkatına çevrilsin”

İran telelviziyalarında türklər haqqında təhqiredici ifadələrin işlədilməsi bir neçə gündür ki, bu ölkənin müxtəlif şəhərlərində azərbaycanlıların ciddi etirazına səbəb olub. Televiziya rəhbərliyinin baş verənlərə görə üzr istəməsinə baxmayaraq, etirazlar hələ də səngimiş deyil. Baş verənləri təhlil edən bəzi siyasilər hesab edir ki, olayların bu şəkildə inkişafı proseslərin öz məcrasından çıxaraq milli-azadlıq hərəkatına çevrilməsi ilə nəticələnə bilər.
Maraqlıdır, İrandakı etirazların öz mahiyyətini dəyişərək azadlıq hərəkatına çevrilməsi mümkündürmü? Ola bilərmi ki, bu gün televiziyalardan türkləri təhqir edən verilişlərin bağlanmasını tələb edən etirazçılar sabah azadlıq və müstəqillik tələbi irəli sürsünlər?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə məlum etirazların milli-azadlıq hərəkatına çevrilməsinin arzuedilən olduğunu qeyd etdi:
“Mən çox istərdim ki, Güneydə soydaşlarımızın İran televiziyasının təqhirləri ilə bağlı başlanan kütləvi etirazlar milli azadlıq hərəkatına çevrilsin və bu hərakat qalibiyyətlə sonuclansın.
Son 100 ilə nəzər salsaq görərik ki, İranda inqilabları da, köklü dəyişikləri də soydaşlarımız başladıb. Lakin böyük və hegemon dövlətlər bu inqilabların və hərəkatların nəticələrindən Azərbaycan türklərinin bəhrələnməsinə imkan verməyib.
2006-cı ildə də Güneydə analoji hadisələr yaşandı. Tehran rejimi ən represiv addımlar atmaqla
ağılasığmaz cəza tədbirlərinə əl atdı. Lakin göründüyü kimi, milli iradəni sındıra bilmədi.
Tarix dəfələrlə sübut edib ki, hərəkatlar və inqilabların başlamasına bir qığılcım kifayət edir. 1988-ci ildə Quzey Azərbaycanda başlanan və qalibiyyətlə sonuclanan milli azadlıq hərakatının başlamasına da səbəb Topxana meşəsində ermənilər tərəfindən ağacların kəsilməsi oldu.
Azadlıq məfkurəsi illərlə, həttə əsirlərlə insanların şüurunda, beynində və qəlbində yaşadığından bunun alovlanmasını üçün “tonqal qalmağa” zərurət qalmır.
Əgər beynəlxalq güclər bu dəfə də Tehran rejiminə dəstək verməsələr, yaxud da baş verənlərə buganə qalsalar, bu proseslər əks-nəticələr də verə bilər. Bunu isə qətiyyən yol vermək olmaz”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın