Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Çox ciddi sürücü problemi var” – RƏSMİ

“Çox ciddi sürücü problemi var” – RƏSMİ

“Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bu gün çox ciddi sürücü problemi var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin (PJB) təşkil etdiyi media tur zamanı deyib.

V.Kərimli bildirib ki, normalda 1 sürücü 8 saat işləməlidir. “Bu hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur.

Onlardan səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Onlara bundan fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …