Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Sosial / Çörəyin çəkisi etiketdə yazılanla uyğun gəlməsə nə etməliyik? – Video

Çörəyin çəkisi etiketdə yazılanla uyğun gəlməsə nə etməliyik? – Video

Mağazalarda satılan çörəyin etiketi üzərində göstərilən çəkisi ilə faktiki çəkisi arasında uyğunsuzluq olduqda, istehlakçı hara müraciət etməlidir?

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti videoçarx hazırlayıb.

Bildirilib ki, istehlakçıların hüquqlarını müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən istehlakçıların mal, iş və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var.

Həmçinin yeyinti məhsulları haqqında eləcə də, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək qida təhlükəsizliyi haqqınd Azərbaycan Respublikasının qanunlarına əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ və hüquqların tələblərinə uyğun olaraq qablaşdırılmalıdır.

Ətraflı videoçarxda: 

Həmçinin oxuyun

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz …