Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Con Kerridən telefon zəngi: Qarabağ nizamlanmasında nə baş verir?

Con Kerridən telefon zəngi: Qarabağ nizamlanmasında nə baş verir?

Bu gün ABŞ dövlət katibi Con Kerri ilə Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsini və prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini müzakirə ediblər.

Gözlənilir ki, ABŞ dövlət katibi analoji telefon danışığını Azərbaycan prezidenti İlham Əliyevlə də aparacaq, yaxud artıq aparıb. Ancaq Azərbaycan prezidentinin rəsmi saytı hələlik bu haqda məlumat yaymayıb.

Con Kerrinin telefon zəngi prezidentlərin növbəti görüşü ərəfəsində baş verir. Azərbaycan və Ermənistan tərəfi bu görüşə razılıq verib, görüşün bu dəfə Fransada baş tutacağı gözlənilir.

ABŞ dövlət katibinin telefon diplomatiyası təsdiq edir ki, danışıqlar münaqişənin nizamlanmasının mahiyyəti üzrə gedir və ortada sənəd var. Tərəflər həmin sənəd üzərində işi davam etdirməyə hazırdır. Xatırladaq ki, hazırda danışıqlarda Rusiya prezidenti Vladimir Putinin tərəflərə təqdim etdiyi sənəd üzrə müzakirələrin aparıldığına dair erməni qaynaqlarına məlumat sızdırılıb. Bu sənəd 5 rayonun boşaldılmasını, Dağlıq Qarabağın möhkəm aralıq statusa malik olmasını və referendum ideyasının qeyri-müəyyən vaxta təxirə salınmasını nəzərdə tutur. Virtualaz.org

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın