Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

“Komtec” şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci “MilliÖN” ödəniş terminalını quraşdırır.

Bu barədə “Trend”ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, terminalın istifadəyə verilməsi martın 20-də baş tutacaq:

“Bu, kənddə quraşdırılan birinci ödəniş terminalı olacaq və əhalinin kommunal və digər ödənişlərini asanlaşdıracaq. Gələcəkdə bu terminalların sayının artırılacağı istisna olunmur”.

 Qeyd edək ki, “MilliÖN” şəbəkəsi ictimai yerlərdə (biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, ticarət mərkəzləri) quraşdırılan beş minə yaxın terminaldan ibarətdir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …