Ana səhifə / Sosial / “CityNet”in DƏLƏDUZLUĞU: İnternet yoxdur, zənglərə cavab verilmir

“CityNet”in DƏLƏDUZLUĞU: İnternet yoxdur, zənglərə cavab verilmir

“CityNet” internet provayderi artıq 7 saata yaxındır ki, internet təminatını dayandırıb.

Belə ki, internet verilişinin kəsilməsilə bağlı provayderdən heç bir açıqlama verilmir.

“CityNet”in *1177 və (012) 5377777 əlaqə nömrələrinə isə baxılmır, zənglərə cavab verilmir.

Provayderin sosial şəbəkə hesablarına isə kesinti ilə bağlı saysız şikayətlər yazılır, “CityNet”ə baykot çağırışları səsləndirilir.

Daha öncə də keyfiyyətsiz internet təminatı ilə bağlı çoxlu şikayətlərin edildiyi provayder, bütün bu şikayətlərə etinasız yanaşır, açıqlama vermək məsuliyyətini belə dərk etmir.

Görünən odur ki, vətəndaşların pulunu mənimsəyən şirkət dələduzluqla məşğuldur.

Mövzunu diqqətdə saxlayacağıq.

yenicag.az

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …