Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Çirkli avtomobilə görə sürücü məsuliyyəti yoxdur”

“Çirkli avtomobilə görə sürücü məsuliyyəti yoxdur”

“Avtomobilin xarici görünüşünün səliqəsiz olmasına görə nə məsuliyyət, nə də onun istismar edilməsinin qadağan edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcuddur”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
“Səliqəsiz görünüş təhlükə törətmir. Çirkli avtomobil sürməyi vətəndaş da özünə rəva bilməməlidir. Əgər avtomobil texniki cəhətdən istismara tam yararlıdırsa biz xarici görünüşünə görə onun istismarını qadağan edə bilmirik” — deyə o bildirib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …