Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Çingiz Abdullayevə yeni vəzifə verildi

Çingiz Abdullayevə yeni vəzifə verildi

Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.
İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidmətindən verilən məlumata görə, genişləndirilmiş iclasda DAMM İB-nin İdarə Heyətinin üzvləri, təşkilatın strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak ediblər.
Toplantıda konfransdan hazırlanmış qısa videofilmə baxış olub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən işlər barədə geniş məlumat verib.
R.Məmmədov onu da xatırladıb ki, İdarə Heyətinin fövqəladə iclasını keçirməkdə əsas məqsəd ümumi konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və birinci vitse-prezidentini seçməkdir.
Sonda İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv əsərlərin dünya şöhrətli müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai xadimlər Hacı Quliyev və Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın