Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / CHP lideri Bakıdan gəlmiş heyətlə görüşdü – FOTOLAR

CHP lideri Bakıdan gəlmiş heyətlə görüşdü – FOTOLAR

Kamal Kılıcdaroğlu: “Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqe elə bizim mövqeyimizdir”

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri Türkiyə səfərinin növbəti günündə Ankarada qoyulmuş Xocalı abidəsini ziyarət etdi. Möhtəşəm abidənin qarşısında keçirilən anıt mərasimində soyqırım qurbanlarının xatirəsinə dualar oxundu. 
Daha sonra forum nümayəndələri Türkiyə Böyük Millət Məclisində CHP lideri, millət vəkili Kamal Kılıcdaroğlu ilə görüşdülər. Müxalifət liderinin parlamentdəki ofisində baş tutan görüşdə qonaqlar yaradılan təşkilatlın məram və məqsədlərindən danışdılar. Qeyd edək ki, CHP başqanının qəbulunda çoxlu sayda təşkilat üzvləri gözləsələr də, o, Bakıdan gəlmiş heyətə növbədənkənar vaxt ayırdı və onları səmimi qəbul etdi.
Görüş zamanı çıxışı zamanı forum üzvü Gursel Özdəmir K.Kılıcdaroğluna göstərdiyi diqqətə görə minnətdarlıq etdi. Eyni zamanda yeni təsis edilən qurumun güclənməsi istiqamətində CHP-nin də dəstək verəcəyinə ümid etdiyini bildirdi: “Qarabağın işğalda olması Türkiyədə çox müzakirə olunmur. Ermənilər Xocalı soyqırımında 613 insanı bir gecədə qətlə yetiriblər. Bu fakt parlament səviyyəsində ciddi müzakirə olunmalıdır”.
Forum üzvü Emin Həsənli K.Kılıcdaroğluna görüşün baş tutmasına görə təşəkkür etdi: “Türk dünyasının böyük öndəri Mustafa Kamal paşanın qurduğu partiyada olmaq bizim üçün çox sevindiricidir. Çox təşəkkürümüzü bildiririk ki, siz hər zaman Azərbaycana dəstək vermisiniz. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində də CHP sizin başqanlığınız altınfa Azərbaycanın haqq işinə dəstək verdi”. E.Həsənli Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Türkiyənin, xüsusilə də Türkiyə parlamentinin Azərbaycana dəstəyini artırmasını xahiş etdi.
Forum üzvü Mehdi Mehdiyev də türk dünyasının başına gətirilən faciələrdən bəhs etdi: “Ötən əsrin əvvəllərində baş verməyən hadisələrdən bəhs edən, qondarma “soyqırım”ı tanıyan dünya cəmi 24 il öncə törədilən, şahidləri yaşayan, kifayət qədər faktları olan Xocalı soyqırımını görmək istəmir. Bu istiqamətdə Azərbaycanın haqlı mübarizəsində qardaş Türkiyənin və CHP-nin dəstək verməsini arzulayırıq”.
CHP lideri Kamal Kılıcdaroğlu çıxış edərək bildirdi ki, o, Azərbaycanı özünə doğma dövlət hesab edir. “Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqe elə bizim mövqeyimizdir. Əslində bu, CHP olaraq tək bizim mövqeyimiz deyil, digər partiyaların da mövqeyidir, bütün partiyalar Azərbaycanın düşündüyü kimi düşünür. Həmçinin Türkiyə dövlətinin siyasəti bundan ibarətdir. Bizim nəzərimizcə burada ortaq milli bir mövqe var, belə də olmalıdır. Bəli,  Qarabağ məsələsinə meydan verilmir, bizim media da bu mövzudan geniş bəhs etmir. Ancaq bu təbliğatın geniş dairəni əhatə etməsi üçün sizlər də görüşlər keçirməlisiniz. Məsələn, məni ziyarət  etdiyiniz kimi, media orqanlarında da olmalı, təbliğatınızı qurmalısınız”.
Əlavə edək ki, CHP lideri Musavat.com-un əməkdaşına özəl müsahibə verib. Yaxın saatlarda müsahibəni təqdim edəcəyik.








Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın