Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Ceyranbatanda su kanalında balıqlar kütləvi tələf olub – VİDEO

Ceyranbatanda su kanalında balıqlar kütləvi tələf olub – VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən su kanalında balıqların kütləvi tələfatı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov ONA-ya su kanalında balıqların kütləvi tələf olmasının səbəbini açıqlayıb.

O bildirib ki, kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və beləliklə balıqların tələf olmasına səbəb olub.

“Xüsusilə qeyd edək ki, yaz-yay aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox su hövzəsində balıqların vaxtaşırı müşahidə edilən oxşar kütləvi tələfi su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi, bu səbəbdən, ən həssas – çoxalma dövründə balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmağa mümkün olmaması ilə bağlıdır”, – deyə M. Axundov qeyd edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …