Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Sosial / Cavid Qurbanov SV vaqonlarla bağlı məsuliyyətsiz açıqlama verən rəis müavinini cəzalandırdı

Cavid Qurbanov SV vaqonlarla bağlı məsuliyyətsiz açıqlama verən rəis müavinini cəzalandırdı

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.
Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Həmçinin oxuyun

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi …