“Buta Farm” MMC-yə cərimə protokolu yazılıb.
Belə ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nəriman Mehdiyevin icraatına verilib.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.