Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Cahangir Hacıyevi müdafiə edən bəyanatların arxasında nə dayanır?

Cahangir Hacıyevi müdafiə edən bəyanatların arxasında nə dayanır?

“Tək Cahangir Haciyevin deyil, heç kiminqandallanmasını istəmirik. İnsanlıq borcu hər kəsdən bunu tələb edir. Lakin ortada böyük cinayət faktları varsa, onu təhqiq etmək də dövlət orqanlarının bir nömrəli vəzifəsidir”. Bu sözləri deputat Zahid Oruc “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.

Z.Oruc bildirib ki, hazırkı devalvasiyanın böyük faizdə həyata keçirilməsi və manatın dollar qarşısında mövqeyini iki dəfə itirməsi təkcə xarici amillərlə deyil, daxili iqtisadi-maliyyə siyasəti ilə birbaşa bağlıdır:

“Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı iki hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir. Əgər təkcə ”Akula Akif”in seyfindən çıxan onlarla mülkiyyət aktlarını – İspaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı”.

Zahid Orucun sözlərn görə, Beynəlxalq Bankın keçmiş rəhbəriCahangir Hacıyevin müdafiəsi üçün mediaya ardıcıl yeridilən məlumatların təhlili göstərir ki, hazırda devalvasiya şoku altında olan cəmiyyətdə özlərinə böyük dayaqlar tapmaq, hakimiyyətiçi qruplaşmaların qurbanı olduqları barədə saxta rəy formalaşdırmaq və özünü təmizə çıxarmaq üçün məxfi bir əməliyyat planı qurulub.

“Əgər belə davam etsə, Beynəlxalq Bankın sabiq rəhbəri növbəti ”siyasi məhbus siyahısı”nın başında gedəcək”-deputat bildirib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın