Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Cahangir Hacıyev prokurorluğu məhkəməyə verə bilər

Cahangir Hacıyev prokurorluğu məhkəməyə verə bilər

“Ümid edirəm ki, bu açıqlama Baş Prokurorluq adından verilməmişdir. Əks halda müvəkkilimlə bu məsələni müzakirə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şəxsin təqsizsizlik prezumsiyasının kobud şəkildə pozulması hərəkətlərindən məhkəməyə şikayət verəcik”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Bizimyol.info saytına açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyib.

O, bu sözləri ötən gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi açıqlamaya əsasən bildirib: “Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Aqil Layıcov hesab edir ki, Eldar Sultanovun bu açıqlaması şəxsin və ya şəxslərin Konstitusion qorunan hüquqlarına ciddi hörmətsizlikdir: “Dövlət orqanları xüsusilə dövlət ittihamını həyata keçirən prokurorluq dönmədən şəxsin təqsirsizlik prezumsiyasına hörmət etməlidirlər. İlk öncə qeyd edim ki, prokurorluğun bu açıqlaması təqsir müəyyən edən dildə yazılıb. Amma prokururluğun təqsir müəyyən etmək səlahiyyəti yoxdur, təqsiri birbaşa qüvvəyə minmiş məhkəmə aktı müəyyən edir. İkincisi isə apellyasiya instansiyası baxışı öncəsi Baş Prokururluq adından belə bir məlumatın yayılması yolveriləzdir”.

Vəkil əlavə edir ki, hər hansı mənimsəmədən söhbət gedə bməz. “1 manatın da dolayı və ya birbaşa H.Cahangir və onunla dırnaqarası qrup halında olan şəxslərə çatması nə istintaqda araşdırıldı, nə də məhkəmədə. Məhkəmə sadəcə ittiham aktını öz hökmünə köçürdü”.

Vəkil vurğulayıb ki, sözügedən açıqlamanın Baş Prokurorluq adından verilməsi təsdiq olunrasa, bununla bağlı məhkəməyə müraciət edəcəklər: “Müvəkkilimlə bu məsələni müzakirə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şəxsin təqsizsizlik prezumsiyasının kobud şəkildə pozulması hərəkətlərindən məhkəməyə şikayət verəcik. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bu açıqlama isə açıq-aşkar şəkildə təqsizsizlik prezumsiyasının pozulmasının kulliminasiya nöqtəsidir. Hesab edirəm ki, bu işə apellyasiya instansiyasında baxan məhkəməyə təzyiqdən və cəmiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın