Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür

Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyatə reyslərinin ləğv edildiyini açıqlayıb.

Mili Məclisin Gəncədən seçilən deputatı Musa Quliyev Modern.az-a açıqlamasında reyslərin ləğv edilməsinə kəskin reaksiya verib. Deputat qeyd edib ki, məsələ ilə bağlı Gəncədən seçilən həmkarları ilə müzakirə aparıblar və həm onların, həm də ümumən Qərb bölgəsindən olan deputatların adından danışır.

O, Gəncəyə reyslərin ləğv edilməsini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin nəticəsi kimi qiymətləndirib: “AZAL rəhbərliyi reysin ləğvini iqtisadi cəhətdən səmərəli olmamaqla izah edir. Hesab edirəm ki, bu, doğru addım deyil. Burada iqtisadi səmərə güdmək məsələsi də ön plana çıxmalı deyil. Əslində, bunu AZAL-ın öz işini keyfiyyətli və optimal qurmaması ilə izah etmək olar. AZAL Azərbaycanda hava vasitəsilə sərnişin daşıyıcılığının monopolisti kimi çıxış edir və çox geniş imkanlara malikdir. AZAL dünyanın müxtəlif ölkələrinə uçuşlar təşkil edir. Ən azından bu uçuşların hesabına daxili uçuşları tənzimləyə bilər.

Bu həm də çox ciddi ictimai, siyasi əhəmiyyətə malik məsələdir. 15 günə yaxındır ki, Gəncədən Bakıya təyyarə reysləri ləğv olunub. Bizə yüzlərlə müraciət daxil olub.

Hesab edirəm ki, bu, AZAl-ın Azərbaycanın beynəlxalq imicinə vurduğu böyük zərbədir”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın