Ana səhifə / Sosial / “Çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik”- Prezident

“Çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik”- Prezident

“Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcək”.

Bu fikirləri Prezidentİ lham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident deyib: “Bu günə qədər 6200 avtomobil verilib. Bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”. 

Dövlət başçısı, həmçinin qeyd edib ki, bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …