Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı”

“Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı”

Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 1-də keçiriləcək parlament seçkilərində kimlərin deputat olacağı ilə bağlı siyahı təqdim edib.
 
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az- bildirib ki, hazırda təbliğat və təşviqat gedir, bu prosesdə hər bir namizəd öz platformasını ortaya qoyur: 
“Əvvəla, seçicilər müxalifətin seçki platformasını dəstəkləyəcəksə, onlar da seçiləcək. İkincisi, Cəmil Həsənli iki dəfə deputat seçilib, yəqin onun da deputatlığı saxta olub, onda niyə seçilməyini gözləyirdi, gedib Mərkəzi Seçki Komissiyasından mandatını alardı”.
Siyavuş Novruzov qeyd edib ki, bu cür böhtan və yalanlar seçkinin üzərinə heç bir kölgə sala bilməz: “Bəli, seçki prosesində, təbliğat-təşviqat zamanı və digər proseslərdə namizədlərin sorğular vasitəsilə ortaya çıxması olur. Bunun digərindən güclü, yaxud hər birinin necə dərəcəsi olduğu bu zaman ortaya çıxır. Bu, normal haldır. ABŞ-da da prezident seçkilərində bununla bağlı məlumatlar verilir. Amma əsas səsvermə noyabrın 1-dədir. Kimə səsə verəcəklərsə, o da Milli Məclisə deputat seçiləcək. Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı. Azad şərait, azad seçki mühiti var”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın