Ana səhifə / Sosial / “Cəmil Həsənli ağlına və ağzına gələni danışır” – Qüdrət Həsənquliyev

“Cəmil Həsənli ağlına və ağzına gələni danışır” – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında I Avropa Oyunlarına az vaxtın qaldığını bildirib və idmançılarımıza uğurlar arzulayıb. Modern.az-ın məlumatına görə, deputat deyib ki, bu idman tədbiri Azərbaycana çox böyük uğur gətirəcək:

“Təşkilat Komitəsi çox böyük işlər görür. Çox sevindiricidir ki, bu cür yüksək səviyyədə işlər görülür”.

Deputat Naxçıvanın blokadada olduğu üçün bu regiona daha çox diqqət ayrılmasının vacibliyindən də danışıb: “Ölkə başçısı bu əraziyə xüsusi diqqət yetirir. Naxçıvanda iş yerlərinin açılması üçün xüsusi blokadada olduğuna görə diqqət lazımdır. Son illərdə oraya vəsait qoyuluşu 5 dəfə azalıb”.

Deputat Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə də münasibət bildirib.

“Mitinqə qatılmayacaq insanları təhqir edirlər. Onları qorxaqlıqda ittiham edirlər. Belə olmaz. Bu bir şantajdır. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Əvvəla, onlar özləri üçün utana bilərlər”.

Qüdrət Həsənquliyev Milli Şuranın sədri Cəmil Həsənlini də tənqid edib:

“O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla da tanışıq. Ona görə də deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. AXC hakimiyyətində Əli Kərimli güc strukturlarını kurasiya edirdi. Lakin Gəncə hadisələrində Surət Hüseynovun etdiklərini hamı gördü. İndi belə insanlara niyə etimad edilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və s. Bir özünüzə baxın, sonra danışın”.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın