Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Cəlilabadda çay daşdı, həyətləri su basdı

Cəlilabadda çay daşdı, həyətləri su basdı

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub. 

Təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb.Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb. Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib. 

Qeyd edək ki, əvvəllər də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb. (Report) 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …