Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Cəlilabaddan Prezidentə ŞİKAYƏT – Kim narazılıq yaradır?

Cəlilabaddan Prezidentə ŞİKAYƏT – Kim narazılıq yaradır?

Redaksiyamıza Cəlilabad rayonundan daxil olmuş şikayət məktubunda insanlar icra hakimiyyətindən və digər məmurlardan narazılıqlarını bildirirlər. Məktub müəllifləri iddia edirlər ki, yerli məmurlar xalqın bu ağır günündən istifadə edib, gələn yardımları mənimsəməklə məşğuldurlar. Miq.Az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

“Biz, əyalətdə yaşayanlar hər zaman Cənab Prezidentimizin yanındayıq və həyata keçirdiyi bütün islahatları dəstəkləyirik. Cənab Prezident koronavirus pandemiyası yayılan ərəfədə çıxış edərək bildirdi ki, tezliklə yeni Azərbaycan görəcəksiniz. Dövlətimizin pandemiya bağlı atdığı addımlar sübut etdi ki, Azərbaycan rəhbərliyi Cənab Prezident başda olmaqla çox vaxtında ciddi tədbirlər gördülər və inşallah Azərbaycan bu bəladan başarlı çıxacaqdır.

Yazıqlar olsun ki, Azərbaycanda əyalətdə vəzifədə olan məmurlar hələ də köhnə şakərlərindən əl çəkmirlər. Xalqın bu ağır günündən istifadə edib, gələn yardımları mənimsəməklə məşğuldurlar. Bir müddət əvvəl Neftçalada, bir neçə gün bundan qabaq isə İsmayıllıda və Biləsuvarda yardımların mənimsənilməsilə bağlı aparılan həbslər görünür bizim Cəlilabadda hakimi-mütləq olan məmurlara dərs olmayıbdır.

Biz mətbuat vasitəsiylə Cənab Prezidentə üz tuturuq! Cəlilabad rayonu Ağdaş Ərazi İcra nümayəndəsi Mirzəyev Ədalət Ədliyyə nazirliyi xətti ilə gələn 15 yardımı ancaq öz istədiyi adamlara və ən imkanlı şəxslərə paylayıb. Yardımların üzərindən gələn cücələr isə heç kimə verilməyib. Onları mağazalarda satdırmaqla məşğuldur. 405 nəfərə siyahı tutub, lakin gələn yardımları xalqdan gizlədir və gecələr öz istədiyi adamlara verir. Heç bir şəhid ailəsinə, “20 yanvar” əlilinə, “Çernobıl” əlili və “Qarabağ” əlillərinə yardım verilməyib. Yardım üçün isə dövlətə strukturlarına təqdim etdiyi siyahıda olanların əksəriyyəti Rusiyada yaşayırlar. Humanitar yardım verdiyi adamların isə hərəsinin 30-50 min dəyərində şəxsi avtomobilləri vardır. Bu adam verdiyi arayışların hər birinə 10-20 manat pul tələb edir. Ağdaş kəndindən başqa 11 kənddən ibarət olan ərazidə hər kənddə 1 və yaxud 2 adama yardım paylanıb. Amma Ağdaş kəndində ən imkanlı adamlara paylayıb ki, onlar da ona dayaq olsunlar.

Deyəndə ki, yuxarı təşkilatlara şikayət edəcəyik, deyir kimə istəyirsiniz şikayət edin, heç kəsdən qorxmuram. Mən bu vəzifəyə pul verib gəlmişəm, onu da çıxarmalıyam. Məlumat üçün deyək ki, özü qonşu Privolnoye kəndində yaşayır. Rayon icra hakimiyyətinin bundan xəbəri olsa da, heç bir tədbir görmürlər. Görəsən bu boyda ərazidə bir ali təhsilli yoxdurmu ki, bu rüşvətxoru tapıb bizə göndəriblər.

Cənab Prezident! Sizdən xahiş edirik ki, bu məsələ ilə bağlı bir komissiya ayrılmasına göstəriş verəsiniz və bizim iştirakımızla yoxlama aparılsın. Qeyd edək ki, yazdıqlarımız onun elədiklərinin əlli faizidir.

Biz əyalətlərdə Cənab Prezidentin həm də yaxın köməkçiləriyik. Cənab Prezident dəfələrlə bəyan edib ki, baş verən qanunsuzluqlarla bağlı mətbuatda çıxış edib ona kömək edək. Biz də bu müraciəti mətbuat vasitəsilə Cənab Prezidentə ünvanlayırıq! Əminik ki, bu cür rüşvətxor məmurların da aqibəti Neftçalada, İsmayıllıda, Biləsuvarda yolunu azmış məmurların aqibəti kimi olacaqdır”

1.Ağayev Əliyar Ağaxan oğlu ,
Doğulduğu tarix 15.09. 1957-ci il.
Şəxsiyyət vəsiqəsi seriyası: AZE 08977468.
2. Vəliyev Ələddin İmaməli oğlu,
Doğulduğu tarix: 02. 10. 1969.
Şəxsiyyət vəsiqəsi seriyası: AA 0696930.
3.Hüseynov Dilavər Mədət oğlu,
Doğulduğu tarix: 01. 07. 1945.
Şəxsiyyət vəsiqəsi seriyası: AZE 05939886.
4.Mənsimov Sabit Teyyub oğlu.
Doğulduğu tarix: 02. 09. 1990.
Şəxsiyyət Vəsiqəsi seriyası: AZE 15078896
Şəhid ailəsinin nümayəndəsi.

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …