Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Cəlilabadda un kisəsinin içində heyvan sümüyü

Cəlilabadda un kisəsinin içində heyvan sümüyü

Cəlilabad rayonunun Şatırlı kəndində 50 kiloqramlıq un kisəsindən heyvan sümüyü çıxıb.

Rayon mərkəzindəki mağazalardan birindən alınan əla növun Xızı rayonunda yerləşən “Fatoğlu” şirkətinə məxsusdur. Ehtimal olunurki, sümük iri buynuzlu heyvanın diznahiyəsinin bir hissəsidir.

Unun içərisindən sümük tapılması faktı əhali arasında təşvişə səbəb olub. İctimaiyyət tərəfindən sosial şəbəkələrdə, mediada geniş müzakirə olunan buməsələ uzunillərdir una üyüdülmüş   heyvan sümüyünün qatılması ilə bağlı fərziyyələri gündəmə gətirib. Unun çəkisinin çoxolması üçün ona ucuzbaşa gələn heyvan sümüklərinin qatıldığı, bu dəfə isə sümüyün yaddan çıxaraq üyüdülmədiyi bildirilir.

İddiaların nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçünAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Ekspert bildirdiki, hələ sovet dövründən əhali arasında bu cür fikirlər mövcuddur. Amma bu barədə əlimizdə hər hansı fakt yoxdur: “Sovet dövründə sümük yığan xüsusi insan qrupları var idi. Ozamandan eşidirdik ki,həmin sümükləri toplayaraq üyüdür, una qatırlar. Belə fikirlərdə var idi ki, həmin sümüklərdən düymə istehsalında istifadə olunur. Amma hansının doğru olması ilə bağlı əlimizdə hər hansı fakt yox idi”, – E.Hüseynov deyir.

Ekspert bildirir ki, istənilən halda, ərzaq məhsulundan kənar əşyanın çıxması antisanitar normaların pozulmasını göstərir: “Mən inanmıram ki, indiki dövrdə, bolluq şəraitində kimsə una sümük qatsın. Çünki bu, rentabelli deyil. Amma belə bir faktın olması sanitar  normaların pozulması deməkdir. Düşünürəm ki, bu, rəqib şirkətlərin həmin firmaya qarşı təxribatıda ola bilər”, – deyə AİB sədri qeydedib.

Faktla bağlı “Fatoğlu” şirkəti ilə də əlaqə saxladıq. Özünü şirkətin əməkdaşı kimi təqdim edən Rafiq Əliyev bildirdi ki, yayılan məlumat şər və böhtandır. Bu şirkətə məxsus un keyfiyyətli olduğundan onlara qarşı anti-reklam kampaniyası aparılır: “Bu, şər və böhtandır, belə bir hal ola bilməz. Un toz kimidir, borular vasitəsilə gəlir,ora sümüyün düşməsi mümkün deyil. Biz keyfiyyətli un istehsa edirik, ona görə də, bizə qarşı belə çirkin kampaniya aparılır”.

Bunu kimin və ya hansısa şirkətin etməsinə gəlincə isə, R.Əliyev məlumatsız olduğunu dedi: “Bizdə bilmirik kime dib. Hər kim edibsə, çıxsın ortaya, qoy tülkü kimi gizlənməsin”, – R.Əliyev qeyd etdi.

QidaTəhlükəsizli Agentliyində də məsələdən xəbərdardırlar. Agentlikdən bildirilibki, hazırda AQTA-nın əməkdaşları faktı araşdırır və tədqiqat başaçatdıqdan sonra ictimaiyyətə bu barədə geniş məlumat veriləcək. Virtualaz.org

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …