Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Cəlal İsayev: “Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq”

Cəlal İsayev: “Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq”

“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstəmiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə, elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”.

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirus bu gün aqressivləşib:

“Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar əməkdar artisti Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir. Çünki onun ağır xəstəliyi yox idi. Virus, adətən, yanaşı xəstəliyi olan şəxslərin vəziyyətinə mənfi təsir göstərir”.

C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanı tam aradan qaldırmaq qeyri-mümkündür:

“Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyini təmin etmək əsas hədəflərdəndir. Xəstələnmə sayı az olsun ki, keyfiyyətli müalicə üsulundan istifadə edə bilək. Bununla da vaxt qazanmış olarıq. İnanmayan olsa belə, qoyulan qaydalara yaxınlarının xətrinə, vətəndaşlıq borcu xətrinə əməl etsin”. 

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …