Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Çəkdiyi imza başına bəla oldu – VİDEO

Çəkdiyi imza başına bəla oldu – VİDEO

Paytaxtın Türkan qəsəbə sakini Anar Qulamovun, tanıdığı şəxsə etibarnamə verməsi başına bəla olub. Anar imzaladığı sənədin etibarnamə olduğundan belə xəbəri olmadığını iddia edir. Sonradan məlum olub ki, onun adına 5 şirkət açılıb və nə az, nə çox 130 min manat vergi borcu yaranıb.

Bu barədə “Xəzər” TV məlumat hazırlayıb.

Xəzər rayonu Türkan qəsəbəsinin sakini Anar Qulamovun etibarnamə verməsi başına iş açıb. O iddia edir ki, bacısının keçmiş həyat yoldaşı onu aldadaraq  etibarnamə alıb. Elə olanlar da bundan sonra başlayıb.

Anar Qulamov aldadıldığını 3 il sonra onun adına gələn vergi məktubunu görəndən sonra anlayıb. Onun adına açılmış 5 şirkətdən 130 min manat vergi borcu gəlib.

Bir müddətdən sonra aldadılan şəxs nə edəcəyini bilmədiyindən yaxınlıqda yaşayan Vüqar Əmirovdan kömək istəyib.

Məsələ ilə əlaqədar ittiham olunan şəxs Fərid Hüseynov isə bildirib ki, Anar Qulamovu aldatmayıb. Onun özünü də aldadaraq adına birneçə şirkət açıblar və o bununla bağlı aidiyyəti qurumlara müraciət edib.

https://player.baku.tv/embed/53987

Həmçinin oxuyun

“Poz Qazan” fırtınası… – Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

“Poz Qazan Masası” hər küçədə peyda olub və bu lotereya oyununun əsas hədəfi kasıb insanlardır. …