Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Sosial / “Bütün sahələrdə ciddi islahatlara ehtiyac var” – YAP rəsmisi

“Bütün sahələrdə ciddi islahatlara ehtiyac var” – YAP rəsmisi

“Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində çeviklik, hakimiyyətlə cəmiyyət arasında çox möhkəm bir körpünün qurulmasında, cəmiyyətdə mövcud olan problemlərin və əhval-ruhiyyənin dövlət başçısına vaxtında və obyektiv çatdırılmasında Prezident Administrasiyasının yeni strukturunun çox böyük rolu olacaq”.

Bu fikirləri AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Prezident Administrasiyasında aparılan struktur dəyişiklikləri ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər və əlavələrdən irəli gələn məsələlərdir:

“Bu gün cəmiyyətin bütün sahələrində olduğu kimi dövlət idarəetmə orqanlarında da islahatlara, yeniliklərə, idarəetmə orqanlarında optimallaşdırmalara çox böyük ehtiyac var. Təyin edilən şəxslər öz sahələrində nüfuzlu və təcrübəli şəxslərdir. Hesab edirəm ki, onlar üzərlərinə qoyulan vəzifələrə çox böyük məsuliyyətlə yanaşacaqlar”.

YAP funksioneri vurğulayıb ki, Azərbaycanda islahatçılıq cəmiyyətdə gedən proseslərin tərkib hissəsidir: “Həyat dəyişir və yeni məsələlər ortaya çıxır. Bu isə bir sıra məsələlərə yeni baxışlar tələb edir. Şübhəsiz ki, dəyişikliklər də olmalıdır. Nəzərə alaq ki, Azərbaycanda 9.8 milyon əhali yaşayır. Təxminən bir il yarımdan sonra 10 milyonluq cəmiyyətə malik olacağıq. Bu baxımdan da yeniliklərə və islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda islahatlar heç vaxt dayanmayacaq. Bu islahatlar yeni-yeni sahələri əhatə edəcək, yeni idarəetmə mexanizminin akrobasiyasını özündə ehtiva edir”.

Həmçinin oxuyun

“Sədərək”də “böyük təmizlik” – Saxlanılanlar var

Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.Bununla bağlı Qaradağ rayon Polis İdarəsindən …

Bir cavab yazın